

Bu məhsullar yol və yarış avtomobillərində maksimum qorunma üçün iz salmaya və cızılmaya qarşı lazım olan əlavələri, həmçinin düzgün məhdud sürüşmə performansı üçün sürtünmə modifikatorlarını (NS istisna olmaqla) ehtiva edir.
4oz | 80301 |
5 Gallon* | 80306 |
Məhdud sürüşmə və ya mövqeli dartma qurğularında düzgün diferensial kilidi təmin etmək üçün lövhələrdən və muftalardan istifadə edilir. Vibrasiyanın qarşısını almaq üçün sürüşkən səthlər üçün sürtkü tələb olunur, lakin çox sürüşkənlik boş firlanmaya səbəb olur və dartma qüvvəsini azaldır. Mükəmməl tutum üçün Red Line 75W90 NS istifadə edin və Red Line Limited-Slip Diferensial Friction-Modeifirer / Breac-in Additive əlavə edin.
GM 1052358, Ford M2C118-A, 19B546-MA, Chrysler 4318060 və bir cöx idxal olunan mühərriklərin performans tələblərinə cavab verir.
Tövsiyə olunan doza:
Yuvarlanan birləşmələrdə xoşagəlməz səslərin qarşısını almaq üçün 4% istifadə edin (adətən bir şüşədə 4 unsiya olur), yeni diferensiallarda ilkin yürüş üçün 4-8% istifadə edilə bilər.
Red Line Limited-Slip Differential Friction-Modifier / Break-In Additive diferensialların ilkin yürüşü zamanı sürtünməni əhəmiyətli dərəcədə azaldır. İlkin yürüş zamanı yaranan yüksək temperatur dişlərin bərkliliyinə təsir edə bilər və bu da yumuşalmış dişlərin aşınmasına gətirib çıxara bilər. Bu əlavə temperaturu 50°F-ə qədar azalda bilir və bu da ilkin yürüş şəraitini yaxşılaşdırır. Neftdən hazırlanmış və sintetik transmissiya məhsulları ilə tam uyğundur .Red Line transmisiya və reduktor yağlarında (Red Lİne Gear Oİls) bu əlavələr mövcuddur (NS istisna olmaqla).
Öz-özünə kilidlənməyən yarış diferensiallarında və Red Line zərbəyə davamli ( Red Line ShockProof Gear Oils) istifadə olunan tezdəyişən qurğularda 3-6% Red Line Limited-Slip Differential Friction-Modifier / Break-In Additive əlavəsi tövsiyə olunur.